Bu il 3 nəfəri çimərlikdə qəfil ölüm yaxalayıb

25 İyul 2011 13:14 (UTC+04:00)
Bu günə kimi günvurmaya məruz qalanların sayı 69 nəfərə çatıb. Onlardan 19 nəfəri xəstəxanada müalicə olunub, qalanlarına ilkin tibbi yardım göstərilib. Məlumatı SİA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müalicə, metodik işlər üzrə müavini Suğra Bəşirova verdi. S.Bəşirova paytaxt çimərliklərində 6 nəfərin suda boğulduğunu, 3 nəfərin isə qəfil ölüm keçirdiyini deyib: "Bu il çimərliklərdə baş verən qəfil ölümlərin səbəbini günvurma ehtimal etmək olar.