Ukraynalı DJ Xəzər dənizi sahilində

23 İyul 2011 10:33 (UTC+04:00)

Bu gün saat 22.00-da "Şıxov Aqua Park"da tanınmış ukraynalı Dj Katyuşa konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, konsertin təşkilatçısı prodüser Roland Bayramovdur.

Konsertdə ilk olaraq səhnəyə müğənni Suli, daha sonra isə Dj Katyuşa çıxacaq. Qonağı səhnədə Go-go rəqs qrupu müşayiət edəcək.