Özbəkistanda zəlzələ 45 nəfərin həyatına son qoyub

22 İyul 2011 08:43 (UTC+04:00)

Ötən gün Özbəkistanın şərqində baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində tələfat və dağıntı qeydə alınıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar 13 nəfərin həyatına son qoyub, daha 85 nəfər xəsarət alıb. Azı, 45 nəfərin xəstəxanalara yerləşdirildiyi bildirilib.

Ölkənin Fərqanə vilayətində bəzi yaşayış evlərinə ciddi ziyan dəyib. Yaranmış vəziyyətlə əlaqədar olaraq müvafiq işlər görülür