Son vaxtlar Azərbaycan məhkəmələrinə alimentin sabit pul məbləğində təyin edilməsi ilə bağlı müraciətlərin sayı artıb. SİA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin hakimi Mehparə Əhmədova məlumat verib. O bildirib ki, ötən il respublika üzrə birinci instansiya məhkəmələrində alimentlə bağlı 1850 işə baxılıb, onlardan 1545-i təmin olunub: "Apellyasiya instansiya məhkəməlırində 378 işə baxılıb, 253 iş üzrə qətnamə qüvvədə saxlanılıb. Ali Məhkəmədə 75 işə baxılıb, 65 iş üzrə qətnamə qüvvədə saxlanılıb. Bu ilin 6 ayında isə Ali Məhkəmədə alimentlə bağlı 29 işə baxılıb 27 iş üzrə qətnamə qüvvədə saxlanılıb".