Bu gün hava necə olacaq?
20 İyul 2011 04:50 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.