Azərbaycan Xalq Rəqsləri Qrupu Devrekani Festivalında çıxış edir

18 İyul 2011 03:45 (UTC+04:00)

Azərbaycan Xalq Rəqsləri Qrupu Türkiyədə bu il 7-ci dəfə təşkil olunan Devrekani Mədəniyyət, Turizm və Sənət Festivalında çıxış edir.

SİA-nın məlumatına görə, festivalın açılış mərasimində Azərbaycan Xalq Rəqsləri Qrupunun təqdim etdiyi proqram böyük alqış qazanıb.


Mərasimdə Türkiyənin bır sıra tanınmış pop və xalq musiqisi sənətçiləri də iştirak ediblər.


Açılış mərasimindən sonra Festival iştirakçıları Devrekanidə 58 uşağın sünnət məclisində qonaq olublar.