Əli Abbasov: \"6 ayda Azərbaycanda mobil telefon xidmətlərinin qiyməti 30 faiz azalıb\"

16 İyul 2011 14:16 (UTC+04:00)
\"6 ayda Azərbaycanda mobil telefon xidmətlərinin qiyməti 30 faiz, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50 faiz azalıb\". SİA-nın məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazir ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürətinin 40 GB/ saniyəyə çatdığını bildirib.

Onun sözlərinə görə, ölkədə 100 nəfərə 105 mobil abunəsi düşür: "6 ay ərzində İKT sektorunda artım tempi 15,6 faiz , telekommunikasiya sektorunda 10,6 faiz, İT sektorunda 2 dəfə, informasiya sektorunda 23,4 faiz təşkil edib. 6 ayda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən dövlət büdcəsinə 17,4 milyon manat, Dövlət Sosial Müdafiə Fonduna isə 7 milyon manat vəsait daxil olub".