RIA Novosti: Qeyri-müəyyən sülh və yaxud Dağlıq Qarabağla bağlı laxlayan status-kvo - AKTUAL

16 İyul 2011 12:59 (UTC+04:00)

SİA rusiyalı siyasi şərhçi Fyodor Lukyanovun RİA Novosti-də dərc olunmuş məqaləsini təqdim edir.


2010-cu ilin payızından etibarən Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan-Ermənistan danışıqlarını çətin vəziyyətdən çıxarmaq üçün səylərini ortaya qoyub. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunda keçirilən Kazan görüşü isə heç bir nəticə vermədi.

Danışıqlardan sonra rəsmi Bakı və İrəvan bir-birilərini danışıqlar yolunun qarşısını kəsməkdə günahlandırdılar və Azərbaycan prezidenti İlham Əliyev artıq bir neçə dəfə də dediyi kimi Bakının səbri sərhədsiz deyil və müharibə hələ də qurtarmayıb.

Şərhçilər dərhal Rusiyanın səylərini müvəffəqiyyətsizlik adlandırdılar. Bəziləri bunu sevinclə bəziləri isə kədərlənərək qarşıladılar. Ancaq bu ədalətli deyil. Prezidenti Dmitri Medvedyevin simasında ATƏT-in Minsk qrupu ilə də razılaşdırılmış şəkildə Rusiya problemin həlli yollarını axtarır. Bu onunla əlaqədardır ki, qrupun digər üzvləri həm bu problemin həll olunacağına inanmırlar, həm də problemin həllində aktiv iştirakdan heç bir mənfəət görmürlər. Görünür ki, rəsmi Paris və Vaşinqtona nisbətən Rusiya daha çox regionda stabilliyin bərqərar olmasında maraqlıdır.

Rusiyanın Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında tərəfdaş kimi və ötən il qeyri-müəyyən vaxta kimi uzadılmış ikitərəfli razılaşmaya əsasən Ermənistanın qarşısında formal öhdəlikləri var. Azərbaycan və Ermənistan arasında hərbi münaqişənin baş verdiyi halda Rusiya himayədar kimi öz nüfuzunu itirməmək üçün Ermənistanı müdafiə etmək məcburiyyətindədir. Bundan başqa Rusiya Azərbaycanın Cənubi Qafqaz və Kiçik Asiyada həm enerji, həm də geosiyasi baxımından artan mövqeyini anlayır. Rusiya sadəcə özünə Azərbaycanla münasibətləri pozmağa imkan verə bilməz. Başqa sözlə desək, Moskva nəyin bahasına olur olsun hər hansı tərəfi dəstəkləmək məsələsindən qaçmalıdır.


Rusiyanın maraqları bundan ibarətdir ki, elə etsin ki, tərəflər danışıqları davam etdirsinlər (hətta nəticə verməsə də belə) və onlar arasında hərbi tarazlığı qorumağa kömək etsin. Bu məqsədlə Azərbaycanın resurslar nöqteyi-nəzərindən üstünlüyü hesabına artan hərbi gücünə qarşı Rusiya özünün Gümrüdəki hərbi bazasının vaxtını bu 100 illiyin ortalarına kimi uzatdı.


Mənim bu yaxınlarda Bakıya və İrəvana reallaşıdırılmış səfərim çərçivəsində gördüm ki, tarazlığın qorunması hazırkı vaxt üçün yeganə mümkün taktikadır. Mən hələ də görməmişəm ki, söz aktlarından başqa hər hansı bir real güzəştə və ya kompromisə gedilsin. Ancaq yəqin ki, bu da çətindir, belə ki, uzanan müharibə artıq hər iki tərəfi öyrədib ki, söz necə bir əhəmiyyət kəsb edir.

Qarabağın qaytarılması Azərbaycan üçün artıq milli prioritet olub. Eynilə Kəşmirin qaytarılmasının Pakistan üçün prioritet olması kimi. Azərbaycanın özünə əminliyi nefti ixracından əldə edilən gəlir və sürətli iqtisadi inkişaf sayəsində artır və o ərazisinin bir hissəsinin işğalını tarixi ədalətsizlik adlandırır və onu bütün vasitələrlə geri qaytarmağa hazırdır.

Bundan başqa Ermənistan ümumiyyətlə, Azərbaycana etibar etmir. İrəvan əmindir ki, istənilən strateji güzəşt (danışıqlar zamanı tərəflər razılığa gəlmişdilər ki, Dağlıq Qarabağa daxil olmayan torpaqlar mərhələli olaraq Bakıya qaytarılsın) onun mövqeyinin, 1990-cı illərdən bəri münaqişə zonasında yaranmış dayanıqlılığının zəifləməsinə kollapsına gətirib çıxara bilər. Bu halda müharibə qaçılmaq olacaq. Ona görə də Ermənistan hesab edir ki, heç bir güzəştə getməməlidir.


Bu kontekstdə Rusiyanın status-kvonu möhkəmlənməsi ilə bağlı səyləri rasionaldır və görünür ki, hazırda bundan başqa heç bir alternativ variant yoxdur. Tərəflər status-kvonun güc yolu ilə dəyişdirilməsinin risklərini başa düşürlər. Azərbaycan əgər müharibədən qalib çıxmağa 100 faiz əmin olmasa, özünün neftdən gələn gəlirinin nəinki hərbi xərclərə, o cümlədən infrastrukturun və iqtisadiyyatın inkişafına yönəldilməsini risk altında qoya bilməz. Ancaq o da bu şərtlər altında zəmanət oluna bilməz. Ermənistan daha çox status-kvonun saxlanılmasında maraqlıdır. Hətta Dağlıq Qarabağ uğrunda uğurlu müharibə belə Ermənistanda iqtisadi faciəni sürətləndirə bilər.

Ermənistanla yeganə açıq sərhəddə malik Gürcüstan artıq çox məsələlərdə Azərbaycandan asılıdır və Bakı Gürcüstana təzyiq edə bilər ki, Ermənistanı blokadaya salmağa kömək etsin.

Belə bir amil də var ki, bu da siyasi landşaftın dəyişməsidir. Mən xaricdən gələn hər hansı bir nəhəng şoku nəzərdə tuturam. Hansı ki, bunun nəticəsi də bütün regiona təsir edəcək. Bu böyük beynəlxalq böhran –Ermənistanın və Azərbaycanın qonşusu İranla əlaqədar ola bilər. Hansı ki, bu dövlət hər iki dövlət üçün vacib rol oynayır. Hesab edək ki, ABŞ və İsrail deyəcək ki, artıq sərf ediləsi vaxt qalmayıb və İranın nüvə silahı işləməsinə imkan vermək olmaz. Belə bir qərarın geosiyasi təsiri çaxnaşma yarada bilər və hadislərin başqa cür inkişafına şərait yarada bilər. Əgər bunu da nəzərə alsaq ki, İranda kifayət qədər azərbaycanlılar da var. İkinci imkan Şimali Afrika və Yaxın Şərqdə baş vermiş sosial və siyasi çaxnaşmaların Cənubi Qafqazda vacib rol oynayan İran və Türkiyəyə (bu çox az ehtimaldır) gəlməsi və ya Bəşər-əl-Əsəd rejimin dağılması ehtimalıdır. Sonuncusu vətəndaş müharibəsinin baş verməsinə səbəb ola bilər ki, nəticədə regionda qeyri-stabillik yaranar və böyük bir erməni qaçqınlarının Suriyadan axını baş verə bilər. Bu ssenarilər ağlagəlməz və fərizyyə hesab oluna bilər, ancaq hər bir halda son bir neçə il, hətta ay bizi ona öyrətməlidir ki, hər şey ola mümkündür.