Liviya rəhbərliyi Amerikanın neft şirkətlərini ölkə bazarına buraxmağa hazırdır

15 İyul 2011 03:40 (UTC+04:00)

Liviya rəhbərliyi Amerikanın neft şirkətlərini ölkə bazarına buraxmağa hazırdır. SİA-nın məlumatına görə, bunu Liviyanın Baş naziri Bağdadi Mahmud bildirib.


Onun sözlərinə görə, Müəmmər Qəddafi hökuməti amerikalıların Liviyanın neft layihələrində iştirakına razılıq verməyə hazırdır, çünki, Birləşmiş Ştatlar M.Qəddafiyə qarşı hərbi kampaniyada aparıcı rol oynamırlar.


Liviyanın Baş nazirinin bildirdiyinə görə, ölkə rəhbərliyi Amerika firmaları ilə yanaşı, Rusiya və Çin şirkətləri ilə də danışıqlar aparır. Bu əsasən, bu ölkənin müəssisələrini Liviya rəhbərliyinin əməkdaşlığı tam dayandırdığı İtaliyanın ENİ şirkətinin layihələrində işə cəlb etmək üçün həyata keçirilir.