BDU-da “İlin müəllimi”, “İlin kafedra müdiri”, “İlin dekanı” müsabiqələrinin qalibləri seçilib

14 İyul 2011 10:10 (UTC+04:00)

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın bu tədris ilində son iclası keçirilib. BDU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rektor Abel Məhərrəmov il ərzində tədrisdə, elmdə qazanılan uğurlardan bəhs edib. Bir çox məsələlərin müzakirə olunduğu iclasda tədris ilinin yekunları üzrə "İlin müəllimi", "İlin kafedra müdiri", "İlin dekanı" müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub. Mükafat alanlar sırasında universitetin Mətbuat İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova da olub. O, BDU-nun yerli xarici kütləvi informasiya vasitələri ilə əlaqələrinin daha da yaxşılaşdırılmasındakı xüsusi xidmətlərinə görə "İlin ən fəal şöbə müdiri" fəxri adı ilə təltif edilib.

Qeyd edək ki, ötən gün ölkənin aparıcı media qurumlarında çalışan jurnalistlərin universitetlərin mətbuat xidmətlərinin fəaliyyətinə münasibətini öyrənilib. Ölkə jurnalistləri ali təhsil ocaqları arasında Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin fəaliyyətini xüsusi qeyd edib, onun mətbuatla əməkdaşlığını səmərəli sayıblar.