Xəzərin hüququ statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclasının vaxtı məlum olub

13 İyul 2011 16:37 (UTC+04:00)

Xəzərin hüququ statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti 29-cu iclasının vaxtı məlum olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, iclas iyulun 19-20-da Moskvada keçiriləcək. İclasda Xəzəryanı dövlətlər olan Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan tərəfdən işçi qrupunun rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovdur.