Üç rayonun polis rəisi dəyişdirildi

13 İyul 2011 16:25 (UTC+04:00)

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Salyanın sabiq rəisi, polis polkovniki Şahmar Ənvər oğlu Paşayev Şamaxı, Qubanın sabiq rəisi, polis polkovnik-leytenantı Fuad Nəriman oğlu Məmmədli isə Salyan rayon Polis Şöbəsinə rəis təyin edilib.

Nazirin digər əmri ilə İmişli Rayon Polis Şöbəsinin rəisi Hüseynəli Məlikov tutduğu vəzifədən azad edilərək Lerik Rayon Polis Şöbəsinə rəis təyin olunub. Lerikin sabiq rəisi Nurəli Nurəliyev isə daxili işlər nazirinin sərəncamındadır.