Elariz Məmmədoğlu: “Axı mən darayanda bir dənə də tük tökülmür”- AÇIQLAMA

12 İyul 2011 12:08 (UTC+04:00)

Müğənni Elariz Məmmədoğlunun ötən il bir ətək pul töküb əkdirdiyi saçları tökülür. Müğənninin saçlarının seyrəkliyi açıq-aşkar hiss olunub. SİA-nın "Elariz, saçlarınız yenə tökülür?" sualına o belə verib: "Tökülüb, yoxsa çıxıb? Ola bilməz! Axı mən darayanda bir dənə də tükün düşdüyünü görmürəm?!"

Müğənni saçlarının düzümündən də söz açdı: "Yana ayıranda çox görünür, arxaya ayıranda bir az seyrək. Yox, saçlarım azalmayıb, tökülmür. Çox keyfiyyətlidir, bir dənə də tökülmür. Özüm də burada elətdirməmişəm, İstanbulda elətdirmişəm".