Türkiyə mətbuatı: “Edvard Nalbandyan yenə də günahı Azərbaycanın üzərinə atır”

9 İyul 2011 05:24 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla Azərbaycanın 10 maddəlik şərtlərindən danışıb. SİA-nın Türkiyənin sondakika.com saytına istinadən verdiyi məlumata görə, İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dmitri Medvedevin Ermənistan prezidentinə məktubunu çatdırıb.

Rusiya və Ermənistanın xarici işlər naziri Sergey Lavrovla Edvard Nalbandyan İrəvanda apardıqları müzakirələrdən sonra birgə mətbuat konfransı keçiriblər.

Sondakika.com yazır ki, mətbuat konfransında Qarabağ münaqişəsinin həlli məsələsinə daha çox diqqət yetirilib.

E.Nalbandyan ölkəsinin blef siyasətinə sadiq qalaraq münaqişənin həllinin uzanmasının məsuliyyətini Azərbaycanın üzərinə qoymağa çalışıb.

Erməni nazir deyib ki, münaqişənin həlli Azərbaycanın Kazan görüşündə irəli sürdüyü 10 maddəlik şərtlərdən imtina etməsindən asılıdır.