Dövlət başçısı İlham Əliyev Beynəlxalq Güləş Federasiyasının prezidentini qəbul edib

8 İyul 2011 18:43 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Beynəlxalq Güləş Federasiyasının Prezidenti Rafael Martinettini qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə ölkəmizdə idmana dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı bildirildi, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələr qeyd olundu, Azərbaycanda təşkil edilən mötəbər beynəlxalq idman yarışlarının əhəmiyyətinə toxunularaq bu gün Bakıda keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə " Qızıl Qran Pri" beynəlxalq turnirinin önəmi vurğulandı.