"Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi ənənəvi "Yay məktəbləri"ndə müxtəlif bölgələrdən olan gənclər gəlirlər, birlikdə maraqlı müzakirələr aparırlar, dostlaşırlar. Onlar Azərbaycan üçün əhəmiyyətli olan beynəlxalq səviyyəli məsələləri müzakirə edirlər, maraqlı fikir mübadiləsi aparırlar".
SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Əli Hüseynli deyib. O, gənclərin fikir mübadilələrinin çox əhəmiyyətli olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, bu müzakirələrdən bir daha məlum olur ki, YAP-ın gənc üzvləri çox formalaşmış, savadlı, ciddi potensiala malikdirlər: "Bu, bizi çox sevindirir. Çünki ölkəmizin gələcəyi etibarlı əllərdədir".
Elgün VİDADİOĞLU