O bildirib ki, M.Maqomayevin adını daşıyan festivalın start götürməsi çox sevindiricidir: "İstərdim gənclər özlərini bu müsabiqədə sınasınlar. Müslüm Maqomayevin ruhu burdadır və hər şeyi görür. Onun adı ilə bağlı bu cür layihələrin həyata keçirilməsi çox gözəl haldır və bunun davamlı olacağına inanıram. Hələ uzun illər onun adını daşıyan layihələr olacaq. Müslümü sevdiyim kimi Azərbaycanı da sevirəm".
Qeyd edək ki, Bakıda Müslüm Maqomayevin büstünün qoyulası nəzərdə tutulur. Büstün M.Maqomayevin adının verildiyi musiqi məktəbinin qarşısına qoyulması planlaşdırılır.