Şəmkirdə ana və oğul bıçaqlandı

5 İyul 2011 14:34 (UTC+04:00)

Şəmkir rayonunda münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib. Rayon sakini Abbasov Şəhriyar Yusifova Gülnazı və onun oğlu Yusifov Xanları bıçaqlayıb. Şəmkir rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə zərərçəkənlərin evində baş verib. Artıq Abbasov Şəhriyar tutulub. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov