Əhməd Davudoğlu: \"Qəddafi istefaya getmək məcburiyyətindədir\"

5 İyul 2011 05:40 (UTC+04:00)
Türkiyə Liviyanın müxalifətində olan Milli Keçid Şurasına 200 milyon dollar həcmində maddi yardım göstərəcək. SİA-nın məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Nazir Liviyadakı rəsmi səfəri zamanı bildirib ki, müxalifəti birləşdirən Milli Keçid Şurası Liviya xalqının qanuni nümayəndələridir: \"Müəmmar Qəddafi artıq istefaya getmək məcburiyyətindədir. İctimaiyyətin islahatlar barədə tələbləri yerinə yetitirilməldir. Bunun üçün də, Qəddafinin istefadan başqa yolu qalmayıb".