Ceyhan limanından 11 milyon 915 min 170 ton xam neft ixrac edilib

4 İyul 2011 16:10 (UTC+04:00)
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin iyun ayında Novorossiysk limanından 163 min 735 ton, Supsa limanından 242 min 555 ton, Çeyhan limanından 2 milyon 168 min 342 ton xam neft ixrac edib. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 1 milyon 83 min 867 ton, Supsa limanından 1 milyon 427 min 435 ton, Ceyhan limanından isə 11 milyon 915 min 170 ton xam neft ixrac edilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.