Hər birimiz cəmiyətdə özümüzü aparmaq mədəniyyətinə riayət etməliyik. SİA-nın xəbərinə görə, onlardan biri də süfrə mədəniyyətidir. İlk baxışda bizə sadə görünsə də stol arxasında necə davranmağı, yemək qaydasını, əllərimizi hara qoymağı, xoşlamadığımız yemək gətirələrsə necə münasibət bəsləməyi bizə elə gəlir ki, bilirik. Amma müxtəlif məclislərdə iştirak edən zaman səhvlərə yol verildikcə, anlayırıq ki, bu kimi qaydaları bilmirik. Stol arxasında özünü aparmaq bacarığı, təmkinlə yemək qaydası insanın ümumi mədəni səviyyəsini göstərir. Bunları bilmək üçün aşağıdakılara diqqət edək.
Əvvəl oturuşumuza fikir verməliyik. Stulun arxasına az söykənərək düz oturmaq, stulu stola çox yaxın çəkməmək lazımdır. Stolun arxasında əyləşən zaman əllərimizi yaxşısı budur ki, əllərimizi dizlərimizin üstünə qoyaq. Yemək prosesində bütün hallarda dirsəkləri stola qoymaq məsləhə deyil. Çünki geniş açılmış qollarımız sizinlə yanaşı əyləşənlərə mane ola bilər. Digər məsələlərdən biri də, yeməyə nə vaxt başlamaqdır. Məclisdəkilərə yemək paylanandan sonra, əvvəlcə ev sahibəsi yeməyə başlayır, bununla göstərir ki, digər qonaqlar da yeməyə başlaya bilərlər. Əgər məclisdə qonaq çoxdursa, hamıya xidmət edilməsini gözləmək vacib deyil. Bu zaman xörək soyuyub, öz keyfiyyətini itirə bilər. Buna görə də 3-4 nəfərə xidmət göstəriləndən sonra ev sahibəsi onları yeməyə dəvət edir. Müəyyən səbəbdən ev sahibəsi belə etmirsə, siz 5-6 adama xidmət edildiyini görüb yeməyə başlasanız səhv olmaz. Lakin etiket bunu ev sahibəsi və yanınızda əyləşən qadınlar yeməyə başlayandan sonra etməyi icazə verir. Yeməyi ev sahibinin sağında əyləşmiş qadından başlayaraq paylayırlar. Yemək sol tərəfdən, duru xörək və içki sağ tərəfdən verilir. Ola bilər ki, əvvəllər heç vaxt dadına baxmadığınız xörək verilsin. Bu zaman baxın görün ev sahibəsi nə cür yeyir. Bu xörəyin nədən bişirildiyini və onu yemək qaydasını ev sahibəsindən soruşsanız etiket pozulmaz. Stol müvafiq tərzdə açılır. Boşqabdan sağda bıçaq-qaşıq, solda çəngəl qoyulur. Bıçağı və çəngəli yerə salmısınızsa qaldırmağa çalışmayın. Başqa çəngəl və ya bıçaq gətirilməsini xahiş edin. Boşqaba yaxın stolun qırağına paralel şəkildə desert və ya çay qaşıqları qoyulur. Duz və istiot qabları da boşqabın sol tərəfində ancaq mərkəzə bir az yaxın yerdə qoyulur. Yemək zamanı əməl olunan əsas qaydalara diqqət edək. Şorba – dərin boşqablarda verilir. Şorbanı soyutmaq üçün boşqaba üfürmək olmaz. Onu qaşıqla yavaş-yavaş qarışdıraraq soyumasını gözləyin. Adətən boşqabda az şorba qalanda və hər dəfə qaşıq boşqabatoxunarkən xoşagəlməz səs çıxanda çətinlik yaranır. Buna görə də sol əllə boşqabı azacıq qaldırıb və onu əks tərəfə əymək lazımdır.
Ət xörəkləri: Yemək zamanı çəngəli sol, bıçağı isə sağəllə tutmaq lazımdır. Adi günlərdə biz buna məhəl qoymaq istəmirik. Ona görə də həmin qaydadan istifadə etmək lazım gəldikdə məlum olur ki, təcrübəsizlik bir sıra səhvlərə aparıb çıxarır. Bıçaq və çəngəllə yemək yeyərkən hətta ancaq çəngəldən istifadə edilən anlarda hər ikisini eyni zamanda əldə tutmaq lazımdır. Yemək prosesində boşqaba tərəf çox əyilməyin. Əgər yeyib qurtardığınızı bildirmək istəyirsinizsə, boşqabı özünüzdən kənara itələməyin, bıçağı və çəngəli paralel şəkildə onun üstünə qoyun. Bu zaman çəngəllə bıçağın dəstəkləri sağa döndərilməlidir.
Çörək: Çörəyi ümumi boşqabdan götürüb xüsusi olaraq onun üçün ayrılmış boşqaba qoyurlar. Çörəyi kiçik tikələr qoparmaq və bu tikələr bir və ya iki dişdən ibarət olmalıdır.
Çay: Çayı tələsmədən içmək lazımdır. Ağız yana-yana və dərindən nəfəs almaqla yox. Lakin çox ləngimək də lazım deyil. Soyuq çay dadsız olur. Üstəlik digər qonaqlar hamısı çaylarını içib qurtarandan sonra siz tək qalıb qurtum-qurtum çay içməniz pis görünəcək.
Hər bir insan kimi çalışmalıyıq ki, həyatımızın bütün sahələrində olduğu kimi süfrə kənarında da səhvə yol verməyək. Belə hal olsa da, təki etdiyimiz səhvlər bununla məhdudlaşsın. Çünki bu səhvləri düzəltmək olur. Təbii bu qaydalara əməl etməliyik ki, onlar ən azından mədəniyyətimizin göstəricisidir
Hər birimiz cəmiyətdə özümüzü aparmaq mədəniyyətinə riayət etməliyik. SİA-nın xəbərinə görə, onlardan biri də süfrə mədəniyyətidir. İlk baxışda bizə sadə görünsə də stol arxasında necə davranmağı, yemək qaydasını, əllərimizi hara qoymağı, xoşlamadığımız yemək gətirələrsə necə münasibət bəsləməyi bizə elə gəlir ki, bilirik. Amma müxtəlif məclislərdə iştirak edən zaman səhvlərə yol verildikcə, anlayırıq ki, bu kimi qaydaları bilmirik. Stol arxasında özünü aparmaq bacarığı, təmkinlə yemək qaydası insanın ümumi mədəni səviyyəsini göstərir. Bunları bilmək üçün aşağıdakılara diqqət edək.
Əvvəl oturuşumuza fikir verməliyik. Stulun arxasına az söykənərək düz oturmaq, stulu stola çox yaxın çəkməmək lazımdır. Stolun arxasında əyləşən zaman əllərimizi yaxşısı budur ki, əllərimizi dizlərimizin üstünə qoyaq. Yemək prosesində bütün hallarda dirsəkləri stola qoymaq məsləhə deyil. Çünki geniş açılmış qollarımız sizinlə yanaşı əyləşənlərə mane ola bilər. Digər məsələlərdən biri də, yeməyə nə vaxt başlamaqdır. Məclisdəkilərə yemək paylanandan sonra, əvvəlcə ev sahibəsi yeməyə başlayır, bununla göstərir ki, digər qonaqlar da yeməyə başlaya bilərlər. Əgər məclisdə qonaq çoxdursa, hamıya xidmət edilməsini gözləmək vacib deyil. Bu zaman xörək soyuyub, öz keyfiyyətini itirə bilər. Buna görə də 3-4 nəfərə xidmət göstəriləndən sonra ev sahibəsi onları yeməyə dəvət edir. Müəyyən səbəbdən ev sahibəsi belə etmirsə, siz 5-6 adama xidmət edildiyini görüb yeməyə başlasanız səhv olmaz. Lakin etiket bunu ev sahibəsi və yanınızda əyləşən qadınlar yeməyə başlayandan sonra etməyi icazə verir. Yeməyi ev sahibinin sağında əyləşmiş qadından başlayaraq paylayırlar. Yemək sol tərəfdən, duru xörək və içki sağ tərəfdən verilir. Ola bilər ki, əvvəllər heç vaxt dadına baxmadığınız xörək verilsin. Bu zaman baxın görün ev sahibəsi nə cür yeyir. Bu xörəyin nədən bişirildiyini və onu yemək qaydasını ev sahibəsindən soruşsanız etiket pozulmaz. Stol müvafiq tərzdə açılır. Boşqabdan sağda bıçaq-qaşıq, solda çəngəl qoyulur. Bıçağı və çəngəli yerə salmısınızsa qaldırmağa çalışmayın. Başqa çəngəl və ya bıçaq gətirilməsini xahiş edin. Boşqaba yaxın stolun qırağına paralel şəkildə desert və ya çay qaşıqları qoyulur. Duz və istiot qabları da boşqabın sol tərəfində ancaq mərkəzə bir az yaxın yerdə qoyulur.
Yemək zamanı əməl olunan əsas qaydalara diqqət edək.
Şorba – dərin boşqablarda verilir. Şorbanı soyutmaq üçün boşqaba üfürmək olmaz. Onu qaşıqla yavaş-yavaş qarışdıraraq soyumasını gözləyin. Adətən boşqabda az şorba qalanda və hər dəfə qaşıq boşqabatoxunarkən xoşagəlməz səs çıxanda çətinlik yaranır. Buna görə də sol əllə boşqabı azacıq qaldırıb və onu əks tərəfə əymək lazımdır.
Ət xörəkləri: Yemək zamanı çəngəli sol, bıçağı isə sağəllə tutmaq lazımdır. Adi günlərdə biz buna məhəl qoymaq istəmirik. Ona görə də həmin qaydadan istifadə etmək lazım gəldikdə məlum olur ki, təcrübəsizlik bir sıra səhvlərə aparıb çıxarır. Bıçaq və çəngəllə yemək yeyərkən hətta ancaq çəngəldən istifadə edilən anlarda hər ikisini eyni zamanda əldə tutmaq lazımdır. Yemək prosesində boşqaba tərəf çox əyilməyin. Əgər yeyib qurtardığınızı bildirmək istəyirsinizsə, boşqabı özünüzdən kənara itələməyin, bıçağı və çəngəli paralel şəkildə onun üstünə qoyun. Bu zaman çəngəllə bıçağın dəstəkləri sağa döndərilməlidir.
Çörək: Çörəyi ümumi boşqabdan götürüb xüsusi olaraq onun üçün ayrılmış boşqaba qoyurlar. Çörəyi kiçik tikələr qoparmaq və bu tikələr bir və ya iki dişdən ibarət olmalıdır.
Çay: Çayı tələsmədən içmək lazımdır. Ağız yana-yana və dərindən nəfəs almaqla yox. Lakin çox ləngimək də lazım deyil. Soyuq çay dadsız olur. Üstəlik digər qonaqlar hamısı çaylarını içib qurtarandan sonra siz tək qalıb qurtum-qurtum çay içməniz pis görünəcək.
Hər bir insan kimi çalışmalıyıq ki, həyatımızın bütün sahələrində olduğu kimi süfrə kənarında da səhvə yol verməyək. Belə hal olsa da, təki etdiyimiz səhvlər bununla məhdudlaşsın. Çünki bu səhvləri düzəltmək olur. Təbii bu qaydalara əməl etməliyik ki, onlar ən azından mədəniyyətimizin göstəricisidir.