Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi və nazirliyin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncamlar imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunmasında xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Polisi Günü münasibətilə Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi və Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncamlar imzalayıb.
Sərəncamlarla 1 nəfər "Azərbaycan bayrağı" ordeni, 2 nəfər "Vətən uğrunda", 17 nəfər "İgidliyə görə" medalı ilə təltif olunub, iki nəfərə isə polis general-mayoru ali xüsusi rütbəsi verilib.