Eyni zamanda kollegiya iclasında Azərbaycan prezidentinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" sərəncamının icrası istiqamətində ötən dövr ərzində həyata keçirilən tədbirlər müzakirə edilib. Bildirilib ki, sərəncamın icrasını təmin etmək məqsədilə Komitə üzrə 2011-ci il üçün Tədbirlər Planı təsdiq edilib. Milli Strategiyanın icrası ilə bağlı komitə tərəfindən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrının və ünvan reyestrinin aparılmasının təkmilləşdirilməsi, fəaliyyət proseslərində qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması sahəsində 2011-ci ilin I yarısında müvafiq tədbirlər görülüb. Qeyd edilib ki, komitəyə daxil olan müraciətlərə baxılması işinin daha da təkmilləşdirilməsi, onların daha effektiv araşdırılması istiqamətində müvafiq işlər həyata keçirilib. Vətəndaş müraciətlərinə baxılmasının sürətləndirilməsi, operativ sənəd mübadiləsinin təşkili, sənədlərlə işin keyfiyyətinin, sürətinin və icra fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi (ASDİS) qurulmuş və artıq 2011-ci ilin yanvar ayından istifadəyə verilib.
Bildirilib ki, özəlləşdirmə prosesində bütün şəxslərin bərabərhüquqlu iştirakının təmin edilməsi, hərracların keçirilməsi üçün prosedurların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və özəlləşdirmə prosesində maraqlar toqquşmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Dövlət əmlakının özəlləşdirilməsinin yeni mexanizmlərinin tətbiqi ilə əlaqədar ixtisaslaşdırılmış pul hərraclarının keçirilməsi və dövlət əmlakının əmək kollektivinə güzəştli satışını tənzimləyən normativ sənədlər, formalar və təlimatlar təsdiq edilmiş və bu istiqamətdə tədbirlər həyata keçirilir.