İstanbulun "Qalatasaray" futbol klubu, İtaliyanın "İnter" futbol klubunun forvardı Kambiyassonu transfer etmək istəyirsə, ən azı 10 milyon avronu gözdən çıxartmalıdır. Siasport.az saytı xəbər verir ki, Milan təmsilçisinin nümayəndələri Fatih Terimin israrla transfer olunmasını tələb etdiyi futbolçu üçün erkən danışıqlara başlamağı təklif ediblər. Türkiyə mətbuatının yazdığına əsasən, İstanbul təmsilçisinin rəhbərliyi də Kambiyassonun transferində maraqlıdır və bu transferin reallaşması üçün italyanların tələb etdiyi pulu ödəməyə hazırdır.