Sabah havanın temperaturu gecə 19-23, gündüz 32-37, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq. Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O, qeyd edib ki, Abşeron yarımadasında iyunun 30-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarında isə iyunun 30-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq
Paytaxtda iyulun 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq .
Lakin rayonlarda isə gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.