Narkotik tərkibli bitkinin becərilməsi ilə məşğul olan Nardaran sakini həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Azad Orucovun həyətindən aqrotexniki qulluq edilmiş və ümumi çəkisi 2 kiloqramdan artıq 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.