"Neftçi"-"Dinamo" matçının başlanma saatı dəqiqləşib

29 İyun 2011 09:30 (UTC+04:00)

"Neftçi" PFK-nın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" klubu ilə Zaqrebdə keçirəcəyi ilk oyunun başlanma saatı dəqiqləşib. Siasport.az saytı xəbər verir ki, "Maksimir" stadionunda baş tutacaq qarşılaşma iyulun 13-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab görüşü isə iyulun 19-da Bakıda olacaq.