Geniş tərkibdə danışıqlardan sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
28 İyun 2011 19:27 (UTC+04:00)
İyunun 28-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas mətbuata bəyanatlarla çıxış ediblər.