Azərbaycan Silahlı Qüvələri NATO standartlarına tam uyğun formalaşıb

26 İyun 2011 16:01 (UTC+04:00)

Dövlətçiliyimizin ən mühüm şərtlərindən biri olan ordu quruculuğu ilə bağlı tariximizi vərəqləyəndə bu sahədə keçdiyimiz şərəfli yol gözlərimiz önündə canlanır. Son dovrdə yaranmış bəzi dövlətlərdən fərqli olaraq ölkəmizin dövlətçilik təcrübəsi sillahlı qüvvələrimizin formalaşmasında müəyyən ənənəyə söykən-mişdir.

XX əsrin əvvəllərində dünya yeni məcrasına qovuşmaq uğrunda çabalayanda cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti təşəkkül tapdı. Milli ordumuzun başına çar Rusiya dövründə yetişmiş millətini sevən, vətənpərvər, yüksək rütbəli hərbiçi zabitlər gəldilər.

Onlar öz hərbi təcrübə və biliklərini qısa müddətdə ordumuzun formalaşmasına sərf etdilər. Amma imperiyalist qüvvələr, xususilə, Rusiya ölkəmizdə müstəqil demakratik, hüquqi və dünyəvi dövlətin uzun müddət yaşamasına imkan vermədi. Hələ tam möhkəmlənməmiş dövlətin ordusu həmin işğalçı, mürtəcə qüvvələrin təzyiqinə dözməyib məğlub düşdü..

28 aprel 1920-ci il tarixindən Azərbaycan sovet imperiyasının işğal altında yaşamaq məcburiyyətində qaldı. Bu tarix 1991-ci ilin 18 oktyabrınadək davam etdi.

Nahayət Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazanmaqla öz silahlı qüvvələrini də yaratmağa başladı. Bu proses son dərəcə mürəkkəb və çətin bir dövürə təsədüf edilir. Başqa sözlə, bir yandan Ermənistanın Rusiyanın dəstəyi və himayədarlığı ilə ölkımizə təcavüzü, digər tərəfdən isə bəzi daxili qüvvələrin şəxsi maraqlarını düşünərək didişmələri yenədə dövlətçiliyimizi təhlükəyə və sual altında qoydu.

Azərbaycan dövlət rəhbərliyində olan səriştəsiz insanlar, dövlətdə olduğu kimi, təzəcə yaranmış milli ordunu da idarə etməkdə acizlik göstərdilər.

Belə bir məqmda Xalqımızın Ümummilli lideri, Ordumuzun memarı, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sayəsində və 15 iyun 1993-cü iltarixində, 1920-ci il hadisəsinin təkrar olunmasının qarşısı alındı və qanlar bahasına təzəcə müctəqillik əldə etmiş dövləti qorumaq üçün ordu quruculuğuna xususi diqqət və qayğı yetirməyə başlandı.

Bu gün yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azər¬baycan deyil. Onun iqtisadiyyatı, hərbi potensiyalı və qüdrəti durmadan günü-gündən güclənməkdədir. Artıq Azərbaycan Ordusu da 1991-1993-cü lələki ordu deyil. Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti sayəsində, Silahlı Qüvələrimizin maddı-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi-psixoloji drumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyəsinin yüksəldilməsi sahəsində ciddi işlər görülüb. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşıb.

Artıq Azərbaycan Silahlı Qüvələrininin əsgər və zabit heyəti beynəlxalq sülhməramlı missiyalarda yaxından iştirak edir. Son illər ərzində Əfqanıstana və İraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını daim uca edib, hərbi hazırlığımızın yüksək səviyə¬sini göstərib.

Hazırda region ölkələr içərisində ölkəmizin iqtisadi və hərbi qüdrətinin ilbəil artmasından düşmənimiz Ermənistan həddsiz dərəcədə narahatdır.

Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində sülh danışıqları nəticə verməzsə Azərbaycan Silahlı Qüvələrinin Veteranları və ehtiyatda olan hərbiçiləri, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qü¬vələrinin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə səfərbər olaraq əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşə getməyə hazırıq və bu əmiri səbirsizliklə gözləyirik.

Biz nəinki Qarabağı, bütün itirilmiş torpağlarimizı birləşdirmək uğrunda müqəddəs bir yola çıxmalıyıq. Bu yol artıq başlamişdir! Bu yol MÜSTƏQİL AZƏRBAYCAN YO¬LU¬DUR!

Məndə bir keçmiş döyüşçü və ehtiyatda olan zabit kimi Azərbaycan Silahlı Qüvələrinin Veteranlarını, ehtiyatda olan hərbiçiləri və Azərbaycan Silahlı Qüvələrinin yaranmasında əməyi olan hər bir vətəndaşı Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 93-cü il dönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Arzu edirik ki, bu bayramı 2012-ci ildə Qarabağın Şuşa şəhərində qələbə günü bayramı kimi qeyd edək.


SƏRRAF ORUC,

Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti,

Əfqanstan və Qarabağ müharibəsinin veteranı