Keçmiş məhkumların noutbuk əməliyyatı baş tutmadı

25 İyun 2011 11:14 (UTC+04:00)

İyunun 8-i saat 19:20 radələrində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Sənan Hacıyev və Fuad Əfəndizadə Anar Abdullayevə məxsus Gənclik küçəsində yerləşən mağazadan diqqəti yayındırma yolu ilə noutbuk oğurlayıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, S. Hacıyev və F. Əfəndizadə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.