FİFA referisi Elçin Məmmədov ağır qəzaya uğrayıb

23 İyun 2011 10:09 (UTC+04:00)

Futzal üzrə FİFA referisi Elçin Məmmədov ağır qəzaya uğrayıb. Siasport.az saytı xəbər verir ki, Bayıl qəsəbəsinin Salyan şossesində yüksək sürətlə hərəkət edən "Sayta" markalı avtomobil işıqforun qırmızı işığında dayanmış beynəlxalq dərəcəli hakimin "Nissan X-TRAIL" markalı avtomobilinə çırpılıb.

Yol-qəza hadisəsinin cinayət xarakterli olub-olmadığı araşdırılır. Elçin Məmmədovla əlaqə saxlamağa çalışırıq. Vəziyyətinin necə olması barədə ən qısa müddətdə sizə məlumat verəcəyik.

mundial.az