Nokia-nın N9 modeli təqdim olunub. SİA-nın xəbərinə görə, cihaz Meego-nun 1.2 Harmattan versiyasını istifadə edir. NFC dəstəyi var. Cihazda multitasking dəstəyi mövcuddur. Qt 4.7 uyğunluluğuna sahibdir və HTML 5 dəstəkləyir. Facebook, Twitter, Skype app.-ları, Joikuspot Wi-Fi vasitəsi, xüsusi xəbər tətbiqləri, Real Gold, Angry Birds Magic kimi xüsusi oyunlar kimi app.ları yüklənmiş olaraq gəlir. Ekran 3.9 düyümdür. Ekran həlli 854x480 pikseldir və Amoled ekrana sahibdi. Üst ekran isə cızılmayan Gorilla Glass ilə örtülüdür.
11 saata qədər GSM üzərindən danışıq, 380 saata qədər gözləmə müddətində batereya işləkdir. Bununla birgə Nokia N9 ilə 4,5 saata qədər 720p HD video izləmək olar, 50 saata qədər musiqi dinləyə bilərsiniz.