Paytaxtda 7 min taksi rəsmi qeydiyyatdan keçib və onlar lisenziyalı fəaliyyət göstərirlər. SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov deyib.
Bakıda fəaliyyət göstərən taksilərin sayına gəlincə isə, nazir bildirib ki, hazırda paytaxtda qeyri-rəsmi çalışanları nəzərə almaqla ümumilikdə15 minə yaxın avtomobil taksi fəaliyyəti ilə məşğul olur.
Yeni taksilər tam fəaliyyətə başlayandan sonra paytaxtda qanunsuz taksi fəaliyyətinə son qoyulacağını diqqətə çatdıran Z. Məmmədov bildirib ki, bu proses zaman keçdikcə rayonları da əhatə edəcək.