İldrım necə düşür?

16 İyun 2011 12:48 (UTC+04:00)

Səmada ildə 3 milyard şimşək və ya ildırım meydana gəlir. SİA-nın xəbərinə görə, ilin hər hansı bir zamanında dünyanın üstündə 2 min ildırım buludu vardır və dünyamıza hər saniyədə 100 ildırım düşür. Güclü bir fırtına zamanı Xirosimaya atılan atom bombasından 100 qat daha çox enerji ortaya çıxır. Kim bilər? Bəlkə bir gün gələcək ildırımları da enerji qaynağı olaraq istifadə etməyi öyrənəcəyik. Bu göy hadisəsi insanlığın ilk tarixlərindən etibarən ilahi bir işarə olaraq görülüb. İldırım düşməsi insanlar üçün təhlükəli olmasına baxmayaraq insan həyatına faydası da vardır. İldırımlar yer üzündəki bitkilər üçün faydalı maddələr olan nitratlar və oksigenin də yer üzünə enməsinə səbəb olurlar. Hər şey günəş işıqları ilə yer üzündə istilənən havanın yüksəlməsi ilə başlayır. Bu yüksələn hava təxminən 2-3 kilometrə çatınca havanın soyuq laylarına rast gəlir. Soyuq havalarda nəfəs verincə nəfəsimiz necə buxarlaşırsa, eynilə o şəkildə buxarlaşır və gördüyümüz buludu meydana gətirir. Bu buludlar daha sonra hava axınları ilə 20 min metrə qədər çıxa bilirlər. Əsli tam bilinməməsinə baxmayaraq buludların bu yüksəlişləri əsnasında içlərində yaranan buz kristallarının bir-birlərinə sürtünərək bir statik elektrik enerjisi ortaya çıxardıqları qarşıya qoyulur. Bu elektrik enerjisi buludların üst laylarında müsbət , alt laylarında isə mənfi yüklü olaraq yığılır. Buludun içindəki yük havanı iyonizə edəcək gücə çatdığında şimşək meydana gəlir. Yağış buludlarının alt səthlərindəki böyük mənfi yük içindəki elektronları itələyərək ortaya da müsbət yüklü hala gətirir və bu yük saniyədə min kilometr sürətlə torpağa enir, yəni qısa dövrə edir. İldırımın bu andakı istiliyi 30 mini dərəcə olub günəşin səthindəki istiliyin 5 misli qədərdir. İldırım düşərkən çox çaşdırıcı bir şey olur. Yerdən də buluda doğru bir boşalma olur. Yerdən 100 metr yüksəklikdə bu iki axın birləşir və keçiriciliyi çox olan bir koridor meydana gəlir. Bundan sonra ildırımı heç bir şey dayandıra bilməz, müsbət yük sürətlə buluda doğru onu neytral hala gətirmək üçün yüksələr. Bu koridordan yerdən- göyə doğru az qala haradasa işıq sürətinin üçdə biri sürətlə yüksələn axın ildırımın gözə gələn şiddətli işığını da yaradar. Ardından yenə yuxarıdan yerə enər və iki tərəf arasındakı potensial fərqi sıfırlanana qədər bu hadisə 10-12 dəfə təkrarlana bilər.