Xəyalları gerçəkləşdirən zəngin Azərbaycan, ümidləri puç olan səfil Ermənistan - ANALİZ

13 İyun 2011 17:53 (UTC+04:00)

Böyük sürət və dinamik inkişafla həm daxili, həm də xarici siyasətdə daim müvəffəqiyyətlər qazanan Azərbaycan dövləti, qısa zaman kəsiyində ardıcıl uğurlara imza atmaqda davam edir. Həmin uğurların nəhəng layihələr çərçivəsində təşəkkül tapması fonunda, istər region dövlətlərində, istər MDB məkanında, istərsə də beynəlxalq aləmdə həsədlə qarşılanır və həmin həsədin arxasında təbii ki, bir mühüm məqam dayanır: GÜCLÜ DÖVLƏT, MÜTƏŞƏKKİL DÖVLƏTÇİLİK VƏ XALQ-HAKİMİYYƏT BİRLİYİ. Bu vacib məfhumlar hər dövlətə asanlıqla müyəssər olmur. Bu cür müasir Azərbaycan dövlətinin uğurlu təməlini də məhz Ulu Öndər Heydər Əliyev qoymuşdur. "Güclü İqtisadiyyat güclü Azərbaycan, güclü Azərbaycan isə, güclü dövlətçilikdir" prinsipini öndə tutan Ümimmilli Lider mütərəqqi və müdrik siyasətinin təməlini də bu cür bənzərsiz, qalibiyyətlərə varan idealogiya əsasında qurdu, ölkəmizi dünya miqyasında tanıtdı. Məhz bundan sonra, Azərbaycanı tanımayan, onun yerini dünya xəritəsində tapa bilməyən bir çox xarici dövlətlərə bəlli oldu ki, qısa müddət ərzində dünyaya öz sözünü deyə biləcək müstəqil dövlət mövcuddur - AZƏRBAYCAN

İşğalışılıq siyasətindən süquta doğru

Mənfur qonşumuz, təcavüzkar Ermənistan və onun rəhbərliyi elə zənn edirdilər ki, əllərində olan "yalan dağarcığları" ilə öz məkrli planlarını həyata keçirəcək, ərazilərini genişləndirib, məqsədlərinə nail olacaqlar. Lakin həqiqət və gerçəklik bunu demirdi. Yəni iyirmi faiz torpaqlarımız işğal olunsa da, Azərbaycan öz haqlı mübarizəsini iradə və əzmlə davam etdirdi, işğala məruz qaldığını BMT-nin çıxardığı dörd qətnamə ilə sübut etdi. Məhz bundan sonra, müxtəlif irimiqyaslı beynəlxalq layihələrə qoşulan Azərbaycan dövləti bütün gücünü inkişaf və tərəqqiyə həsr etdi. Artıq bu gün ölkəmiz xarici dövlətlərlə deyil, xarici dövlətlər ölkəmiz ilə hesablaşır, Azərbaycanın önə sürdüyü, reallaşdırdığı transmilli və transregional layihələrinə qoşulması üçün, Avropa və dünya miqyasında olan iqtisadi nəhənglər dövlətimizlə danışıqlara getmək üçün səylər göstərilirlər. Bu amil danılmaz qələbənin ilkin müjdəsi kimi də dəyərləndirilə bilər. Və istər-istəməz sual yarana bilər ki, bəs Ermənistan nə edir?

Təbii ki, düşmən dövlət olmasından irəli gələn qısqanclıq hissiyyatları həm də Ermənistanın içdən dağılmasının qarşısını ala bilmir. Daha dəqiq desək, Bakı-Tbilisi-Ceyhan neft kəmərindən tutmuş, Bakı-Tbilisi-Ərzurum qaz borusunadək, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisindən başlayaraq, digər layihələrə kimi beynəlxalq aləmdə haray-həşir salan Ermənistan bütün bunların onun üçün nə ilə nəticələnəcəyini çox gözəl bilirdi. Məhz bu səbəbdən də hər vəchlə sözügedən layihələrin gerçəkləşdirilməməsi üçün bütün alçaq imkanlardan istifadə edirdi. Lakin bu layihələrdən öz dövləti mənfəətlərini hesablayan xarici dövlətlərin Rusiyanın vassalı olan, asılı Ermənistana qulaq asması təbii ki, gülünc görünərdi. Cəhdlərinin nəticəsisz qaldığını görən Ermənistan dövləti isə beynəlxalq mətbuatda "iqtisadçı ekspertlərinin" aşıqlamaları ilə yalnız özünü aldadır, Azərbaycanın işinə xələl gətirməyi bacarmır. Və beləcə də davam edəcəyi heç kimdə şübhə doğurmur. Çünki günlər keçdikcə, Azərbaycan öz haqq işindəki qələbəyə daha da yaxınlaşmaqdadır. Ermənistan isə Azərbaycanın tərəqqisində, daha da kiçilir, məhvə doğru sürüklənərək, yox olma tendensiyasını reallaşdırır. Bu dövlətin xalqı bir tikə çörək tapmaqdan ötrü qatı cinayətlərə gedir, ölkə rəsmiləri korrupsiya burulğanında boğulurlar. Bununla belə…

Azərbaycan peyki Ermənistan mətbuatında

Prezident İlham Əliyevin uğurlu siyasət strategiyası nəticəsində artıq, ölkəmizin süni peyki orbitə buraxılacaq. Bu peykin istifadəsi nəticəsində həm texnologiya sistemində həm də digər sahələrdə qazanılan uğurlar daha da mütəşəkkillik tapacaq və nəticə etibarı ilə Azərbaycanın inkişaf perspektivləri daha da artacaq. Bu irəliləyişdən əməlli-başlı qorxuya düşən Ermənistan dövləti adekvat addım atmaq istəsə də heç nəyə nail ola bilmədi və bilməyəcək də. Çünki buna onun nə iqtisadiyyatı, nə də ki, pulu yoxdur. Hər zaman kürəyini söykədiyi Rusiya isə öz ümummilli maraqlarını ortaya qoyaraq, Ermənistan üçün peyk yaradıb, onu kosmosa buraxmaz.

Azərbaycan isə bütün işlərini öz büdcəsindən görür, heç kimdən asılı deyil və qarşıda daha bir neçə bu cür önəmli layihələrin reallaşması baş verə bilər. Artıq, səfil Ermənistan dövləti ehtiyat edir ki, qısa zaman içində, lazım gələrsə, Azərbaycan peyki onların bütün strateji vasitələrini ifşa edəcək. Hətta bir erməni qəzetinin yazdığına görə, "azərbaycanlılar bizim evdə nə milə məşğul olduğumuzu da görəcəklər" kimi ifadələr yazmaqla, açıq şəkildə qorxu işində qıvrılmaqdadırlar. Bir sözlə, Azərbaycan zəngin dövlət kimi irəliyə doğru inamla addımlamağa, Ermənistan isə səfil dövlət kimi uçuruma tərəf yuvarlanmağa davam edir.

RÖVŞƏN RƏSULOV