Elmar Məmmədyarov Pakistan səfirini diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib

8 İyun 2011 10:48 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Əbdül Həmidi ölkədə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Ə. Həmid Azərbaycanda Pakistanın səfiri olmasından məmnunluğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir, bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.


E. Məmmədyarov isə Əbdül Həmidə xoş arzularını bildirərək gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.