Ramiz Fətəliyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

7 İyun 2011 19:45 (UTC+04:00)

Prezident İlham Əliyev Ramiz Məmməd oğlu Fətəliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Ramiz Fətəliyevə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.