Gəncədə ağır yol qəzası ölümlə nəticələnib

7 İyun 2011 16:49 (UTC+04:00)

Gəncə-Bakı magistralında yol qəzası baş verib. 1964-cü il təvəllüdlü Qurban Sadıqovun idarə etdiyi "Kamaz" markalı avtomobillə 1958-ci il təvəllüdlü Məhəbbət Həsənovun idarə etdiyi "QAZ 2410" marakalı 20 BZ 758 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə nəticəsində "QAZ 2410" markalı avtomobilin sürücüsü Məhəbbət Həsənov, sərnişinlər Zenfira Həsənova, Sevil Şirinova, Nigar Həsənli bədən xəsarətləri alıb.

"Kamaz" sürücüsünün həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



İlham Məmmədov