Röya əlillərə yardım edəcək

4 İyun 2011 09:33 (UTC+04:00)

Son günlər başı yeni klipinin çəkilişlərinə qarışan Röya daha bir yeni layihə üzərində işləyir. SİA-nın məlumatına görə, müğənni bu dəfə əlillərə kömək edəcək."Əlil Təşkilatları İttifaqı"nın dəstəyi ilə həyata keçirilən layihədə Röyadan başqa, Azərbaycanın digər tanınmış simaları da iştirak edir. Onlar arasında - müğənni, idmançı, aktrisa, aparıcı və digər peşə sahibləri var. Sosial reklam çarxı olan layihədə tanınmış şəxslərin əlillərə göstərdiyi qayğı və diqqət nümayiş olunur. Məlumat üçün bildirək ki, reklam çarxı türkiyəli rejissor tərəfindən gerçəkləşir.