İyunun 3-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin iyul fyuçerslərinə olan dəyəri 1,01 dollar artaraq 115,54 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinə olan qiyməti 0.11 dollar qalxaraq 100.40 dollar olub.