Azərişıq” ASC tərəfindən bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub.
SİA xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədrinin müşaviri Vüsal Qənbərov Ağdamda keçirilən və ötən 9 ay ərzində ölkə üzrə, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə həsr olunan mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə enerji təsərrüfatının yenidən qurulması istiqamətində tədbirlər hazırda da davam etdirilir. İşğal zamanı yaşayış məntəqələrinin dağıdılması ilə yanaşı, mövcud enerji infrastrukturu da ciddi zərər görüb: “İşğaldan azad olunmuş ərazilərdə isə 9 ay ərzində 160 dan çox transformator quraşdırılıb”.
Vüsal Qənbərov bildirib ki, ərazilərin elektrik enerjisi ilə etibarlı təminatı üçün yeni yarımstansiyaların tikintisi və digər infrastruktur layihələri həyata keçirilir.