Azərbaycanın gənc gimnastlardan ibarət kişi komandası Finlandiyada keçirilən “TeamGym“ üzrə Avropa çempionatında finala vəsiqə qazanıb.
Gimnastika Federasiyasından SİA-ya bildirilib ki, təmsilçimiz təsnifat mərhələsində 39,025 xal toplamaqla həlledici mərhələyə yüksəlib.
Ötən gün start götürən yarışa oktyabrın 17-də yekun vurulacaq.