““Azərişıq” ASC-də elektrik enerjisi şəbəkələrində texniki itkilərin səviyyəsi son illərdə azalma tendensiyası göstərib”.
SİA xəbər verir ki, bunu “Azərişıq” açıq səhmdar cəmiyyətinin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev Ağdamda keçirilən işğaldan azad olunmuş ərazilərimizdə son 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin yekununda bu göstəricinin 8,2 faiz olacağı proqnozlaşdırılır: Hazırda “Azərişıq” ASC tərəfindən ümumilikdə 3 milyon 18 min 416 istehlakçı elektrik enerjisi ilə təmin olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonentlərin sayı isə 16 min 37-dir”.
R.Quliyev elektrik enerjisi şəbəkələrində texniki itkilərin illər üzrə dinamikasına da toxunub. Təqdim olunan statistik göstəricilərə əsasən, 2022-ci ildə texniki itkilər 8,7 faiz, 2023-cü ildə 8,6 faiz, 2024-cü ildə 8,5 faiz, 2025-ci ildə isə 8,3 faiz təşkil edib. 2026-cı ilin yekununda bu rəqəmin 8,2 faizə enəcəyi proqnozlaşdırılır.
Beləliklə, təqdim olunan göstəricilərə görə, 2022–2026-cı illər ərzində texniki itkilərin səviyyəsinin ümumilikdə 0,5 faiz bəndi azalacağı gözlənilir.