“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb, qalan 98 kənddə isə bu proses hələ də davam edir”.
SİA xəbər verir ki, buny “Azərişıq” açıq səhmdar cəmiyyətinin sədrinin müşaviri Vüsal Qənbərov Ağdamda təşkil olunan işğaldan azad olunmuş ərazilərimizdə son 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında deyib.
Qənbərovun sözlərinə görə, artıq 450-yə yaxın güc mərkəzi yaradılıb: “Bu proses hələ də davam edir. Naxçıvan Muxtar Respublikasında isə 110/35 yarımstansiya yaradılıb. Kəndlərimizdə isə hələ də çəpərlənmə, güc mərkəzlərinin yaradılması və s. digər proseslərin həlli istiqamətində işlər aparılır”.