"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib

15 Oktyabr 2026 13:49 (UTC+04:00)

"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarını əhatə edən hesabat dövründə ASAN xidmət, ASAN kommunal mərkəzləri, KOB evləri və elektron xidmətlər vasitəsilə istehlakçılardan ümumilikdə 272 892 müraciət qəbul edilib.

SİA xəbər verir ki, bunu “Azərişıq” açıq səhmdar cəmiyyətinin "ASAN xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin direktoru İnam Yusifov Ağdamda keçirilən və işğaldan azad edilmiş ərazilərdə, ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə hərs olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda istehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir: "Ölkəmizdə dövlətin vahid enerji sisteminin formalaşdırılması və enerji sahəsində inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Bu proses enerji xidmətlərinin vahid məkanda və daha çevik şəkildə həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasında həyata keçirilən bu inteqrasiya enerji ilə bağlı xidmətlərə çıxışın asanlaşdırılmasına, vətəndaşların müraciətlərinin daha operativ həllinə və müxtəlif qurumlar arasında koordinasiyanın gücləndirilməsinə imkan yaradır.
Qarşımızda duran əsas hədəf müasir yanaşmaları tətbiq etməklə imkanlarımızı genişləndirmək və xidmət keyfiyyətimizi daha da yüksəltməkdir. Vətəndaşlara təqdim olunan xidmətlərin əlçatanlığını və səviyyəsini artırmaq əsas prioritetlərimizdəndir”.

Yusifovun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində hər kəs üçün daha əlverişli, operativ və keyfiyyətli xidmət mühiti formalaşacaq”.