Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15 Oktyabr 2026 12:12 (UTC+04:00)

Mətləb Salahov: “Hindistanla birlikdə silah istehsalına başlayan Ermənistan Azərbaycanla Sülh Müqaviləsi imzalamağı arxa plana keçirir”

“Hazırda Ermənistanın Rusiya ilə münasibətləri enişli-yoxuşlu olsa da, siyasi, hərbi və iqtisadi dəstək məsələsində Kremldən geri qalmayan Qərb, Hindistanb və digər dünya gücləri rəsmi İrəvanı dirçəltmək üçün hərəkətə keçiblər. Xüsusilə Azərbaycanla Sülh Müqaviləsi barədə bircə dənə də olsun real addım atmayan Ermənistan, görünür daha təhlükəli planların icrasına çoxdan razılıq verib. Təsəvvür edin ki, Rusiya erməni mallarına qapıları bağlayandan sonra, Aİ, Ermənistan məhsulları üçün açıq qapı elan edib. Özü də rüsumsuz, vergisiz. Bu fakt Qərbin Ermənistanı sürətlə Rusiyanın təsir orbitindən çıxarmağa, ona iqtisadi nəfəslik yaratmağa hesablanıb. Əlbəttdə, Hindistanın dəstəyi ilə Ermənistan hərbi sənayesinin yaradılması da yaddan çıxmamalıdır”.

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov bildirib ki, Ermənistan üçün Hindistanla yaxınlaşma Rusiyadan asılılığın azaldılması və silah təchizatçılarının şaxələndirilməsi siyasətinin tərkib hissəsidir. İrəvan müxtəlif ölkələrdən silah almaqla yanaşı, müdafiə sənayesində yeni texnoloji tərəfdaşlar qazanmağa çalışır. “Bütün bunlar nə deməkdir? Bu açıq şəkildə silahlanmaq planıdır. Bəs Sülh Müqaviləsi?
İş orasındadır ki, ABŞ Administarsiyası da Azərbaycanla Sülh Müqaviləsi imzalamaq üçün Nikol Paşinyan hökümətinə heç bir təsir etmir. Əgər Donald Tramp və onun komandası Vaşinqtonda imzalanmış sənədi daha mükəmməl, dövlətlərarası gələcək baxımından daha təhlükəsiz dövrə nail olmaq üçün addım atmırlarsa bu artıq ciddi təhlükədən xəbər verir. Çünki hazırda Azərbaycan və Ermənistan arasında sadəcə bəyannamə formasında sənəd imzalanıb. Amma əsas sənəd Sülh Müqaviləsidir. Ondan da hələ heç bir xəbər yoxdur. Bunun tam əksinə olaraq İrəvan hərbi potensialını və iqtisadi dirçəlişini yüksəltmək üçün çalışır. Bu vəziyyət gələcəkdə Azərbaycanın təhlükəsizliyi baxımından yaxşı heç bir şey vəd etmir. Unutmayaq ki, sərhədin o tayındakılar min illərin məkrli erməniləridir..”

Afət Tahirqızı