Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

15 Oktyabr 2026 10:13 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüşüb.

Nazirlikdən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Çexiya arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Qarşılıqlı maraq doğuran layihələrdə hər iki ölkənin biznes dairələrinin iştirakının təşviqi məsələləri nəzərdən keçirilib.