Gürcüstanda təşkil olunan kayak və kanoe üzrə beynəlxalq reqatada Azərbaycan idmançıları 4 medal qazanıblar.
Bu barədə SİA-ya Azərbaycan Su İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Mtsxeta şəhərində keçirilən yarışda kanoeçilər Rüstəm Əsgərov və Fəxri Sadıqlı ikinəfərlik qayıqda 200 metr məsafədə bürünc medala sahib olublar.
Kayak növündə Yunus Əhmədov təknəfərlik qayıqda, eləcə də gürcüstanlı idmançı ilə birgə ikinəfərlik qayıqda 200 metr məsafədə gümüş medala layiq görülüb.
Eyni kateqoriyada, müxtəlif yaş qrupları üzrə Sənan Cəfərzadə – Tahir Mövsümov cütü də ikinci pilləni tutub.