Bakıda Azərbaycan və İtaliya arasında axtarış-xilasetmə sahəsində ekspert görüşü keçirilib - FOTOLAR

15 Oktyabr 2026 10:06 (UTC+04:00)

Bakıda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, "Axtarış və xilasetmə sahəsində ekspert görüşü" keçirilib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iştirak etmək üçün İtaliya Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu Azərbaycana səfər edib.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasını ziyarət edərək silahlanmada olan aviasiya vasitələri, uçuş avadanlıqları, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti və xidmət şəraiti ilə tanış olublar.