Yəməndəki üsyançı husilər (Ənsarullah) ölkənin cənub-qərbindəki Taiz əyalətində baş verən toqquşmalar zamanı ordunun 700-dən çox hərbçisini əsir götürüblər.
SİA xəbər verir ki, bu barədə Ənsarullah hərəkatının nümayəndəsi Əbdülqadir əl-Murtəza deyib. "Bu toqquşma zamanı silahlı qüvvələr Taiz cəbhəsində 700-dən çox insanı əsir götürə biliblər. Onların arasında komandirlər də var”, - deyə o bildirib.
Mətləb